Təhsil Tələbə Kredit Fondu növbəti tədris ilindən kredit verə bilər

Təhsil Tələbə Kredit Fondu növbəti tədris ilindən kredit verə bilər “Növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq”.
Elm və təhsil
18 İyun , 2021 11:23
Təhsil Tələbə Kredit Fondu növbəti tədris ilindən kredit verə bilər

“Növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: “Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun mailiyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək”.

Son xəbərlər

Orphus sistemi