Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiq edilib.
Elm və təhsil
23 Sentyabr , 2023 14:27
Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan qurumların siyahısı təsdiqlənib

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib.

"Report"un xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin və digər qurumların, Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin, digər qurumların və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələri və digər qurumların siyahılarını təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi