Təhsil Nazirliyinin şöbə müdiri: "Məktəblilərin respirator viruslarla xəstələnməsi adi haldır"

Təhsil Nazirliyinin şöbə müdiri: "Məktəblilərin respirator viruslarla xəstələnməsi adi haldır" "Bildiyim qədəri ilə məktəblər açılandan bu günə kimi koronavirusa yoluxma ilə əlaqədar yalnız siniflər distant təhsilə keçib".
Elm və təhsil
11 Oktyabr , 2021 11:51
Təhsil Nazirliyinin şöbə müdiri: Məktəblilərin respirator viruslarla xəstələnməsi adi haldır
Vəfa Yaqublu

"Bildiyim qədəri ilə məktəblər açılandan bu günə kimi koronavirusa yoluxma ilə əlaqədar yalnız siniflər distant təhsilə keçib".

Bunu "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, bu da ondan xəbər verir ki, şagirdlər arasında yoluxma halları kritik həddə çatmayıb: "Bütün ölkə üzrə məktəblərdə bu məsələyə nəzarət edilir. Məktəblərdə şagirdlərin müxtəlif virus infeksiyalarına yoluxması ilə bağlı Təhsil Nazirliyinin qərargahına operativ məlumatlar daxil olur".

"Kiçik yaşlı məktəblilər ictimai yerlərə daxil olanda respirator viruslarla xəstələnməsi adi haldır. Əgər xəstələnma halları çox olarsa normadan artıq hesab oluna bilər. Ona görə də təşvişə düşmək lazım deyil. Həm valideynlər, həm də məktəb rəhbərliyi düzgün qərar qəbul edərək vəziyyəti nəzarətdə saxlamalı və şagirdlərin sağlamlığı diqqətdə olmalıdır",- şöbə müdiri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi