Təhsil Nazirliyi: Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib

Təhsil Nazirliyi: Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib
Elm və təhsil
116
28 Avqust , 2018 15:42
Təhsil Nazirliyi: Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. 

Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.azwww.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.