Təhsil Nazirliyi valideynlərə müraciət edib

Təhsil Nazirliyi valideynlərə müraciət edib “Valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır”.
Elm və təhsil
21 Dekabr , 2020 16:24
Təhsil Nazirliyi valideynlərə müraciət edib
0 : 00
0 : 00

“Valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir: “Təbii ki, bu da müəyyən vaxt aparacaq. Gələcəkdə başqa xarici dil və digər fənlər də milli qiymətləndirməyə cəlb oluna bilər”.

Son xəbərlər

Orphus sistemi