Təhsil Nazirliyi uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə müraciət edib

Təhsil Nazirliyi uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə müraciət edib “Azərbaycan dilli ailə övladını rus bölməsinə qoymaq istəyəndə bilməlidir ki, bununla uşaqlarının akademik bilikləri öyrənmək istəyinin qarşısına böyük sədd çəkmiş olurlar”.
Elm və təhsil
14 Aprel , 2022 11:19
Təhsil Nazirliyi uşağını rus bölməsinə qoymaq istəyən valideynlərə müraciət edib

“Azərbaycan dilli ailə övladını rus bölməsinə qoymaq istəyəndə bilməlidir ki, bununla uşaqlarının akademik bilikləri öyrənmək istəyinin qarşısına böyük sədd çəkmiş olurlar”.

“Report” xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O qeyd edib ki, adətən rus dilli ailənin övladlarının başqa dildə oxuması problem yaratmır: “Çünki uşaq başa düşdüyü dildə elmi daha tez qavrayır. Ona görə də valideynlər bu nüansı nəzərə alsalar yaxşı olar”.

Son xəbərlər

Orphus sistemi