Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib

Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib Bakı. 29 may. REPORT.AZ/ Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsi elan edib.
Elm və təhsil
29 May , 2018 14:25
Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsi elan edib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əldə etmək və kadr hazırlığını təmin etməkdir.

Müsabiqədə dövlət qeydiyyatı olan qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatları qranta müraciət üçün layihə təklifi, layihənin icra planı və xərclər smetasını, reyestr məlumatını, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini və digər tələb olunan sənədləri təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları müvafiq sənədləri 4 iyun 2018-ci il saat 18:00-dək [email protected] ünvanına göndərməlidirlər.

Bildirilib ki, təqdim olunan ərizələr qiymətləndirilərkən qurumun təhsil sahəsinə və əvvəlllər yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrdə iştirakı, layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması, cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə təcrübəsi, eləcə də qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması, layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin göstərilməsi nəzərə alınacaq.

Ümumi təhsil müəssisələrində “Sağlam Təhsil-Sağlam Millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində “Sağlam Təhsil - Sağlam Millət” layihəsi üzrə təhsil alan şagirdlərin sayı 4000 nəfərə yaxındır.

Son xəbərlər

Orphus sistemi