Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi

Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi Təhsil Nazirliyinə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur.
Elm və təhsil
3 Noyabr , 2020 18:54
Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bununla belə Nazirliyə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur:

"Bildiririk ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarına ziddir. Göstərilənləri nəzərə alaraq, tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarına əməl edilməsi tələb olunur. Əks təqdirdə, Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsi nəticəsində müvafiq tədbirlər görüləcək".

Son xəbərlər

Orphus sistemi