Təhsil Nazirliyi: ​Maaş artımı diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur

Təhsil Nazirliyi: ​Maaş artımı diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur Nazirlik müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı yaranan anlaşılmazlıqlara münasibət bildirib
Elm və təhsil
1295
25 Fevral , 2016 17:36
Təhsil Nazirliyi: ​Maaş artımı diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Prezidentinin təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı bu il imzaladığı sərəncam diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur. Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur”, - deyə nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi