“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu
Onun sözlərinə görə, beynəlxalq ikili diplom proqramlarının Azərbaycanın inkişaf prioritetlərinə uyğun sahələr (kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər) üzrə həyata keçirilməsi planlaşdırılır.
T.Əhmədov qeyd edib ki, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi əsas hədəflərdəndir.
T.Əhmədov vurğulayıb ki, Azərbaycan vətəndaşlarının seçimi Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticəsində müəyyən olunacaq: "Proqram çərçivəsində xarici professorların dəvəti də nəzərdə tutulur".