Təhsil Nazirliyi: Bu il Azərbaycanda 71 yeni məktəb tikilib

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 71 yeni məktəb tikilib həmin məktəblərdən 61-i modul tipli məktəbdir
Elm və təhsil
31 Avqust , 2017 13:06
Təhsil Nazirliyi: Bu il Azərbaycanda 71 yeni məktəb tikilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu il Azərbaycanda 71 məktəb inşa edilib.

Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

Məlumata görə, 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Bir peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. Üç ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi