"Ötən həftə 12 özəl məktəb, 800 dövlət məktəbində yoxlamalar aparılıb".
"Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, məqsəd qaydalara necə əməl edilməsinə nəzarət etməkdir.