Təhsil nazirindən tətil açıqlaması

Təhsil nazirindən tətil açıqlaması “Ənənəvi olaraq noyabrda həftə sonları ilə birgə 9 gün tətil nəzərdə tutulurdu. Biz bu günləri hazırki qərarda nəzərdə tutulan günlərlə əvəzləşdirə biləcəyik”.
Elm və təhsil
8436
16 Oktyabr , 2020 11:25
Təhsil nazirindən tətil açıqlaması

“Ənənəvi olaraq noyabrda həftə sonları ilə birgə 9 gün tətil nəzərdə tutulurdu. Biz bu günləri hazırki qərarda nəzərdə tutulan günlərlə əvəzləşdirə biləcəyik”.

"Report" xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Şagirdlər arasında kütləvi yoluxma hallarına rast gəlməmişik. İnternetdə bəzi platformada məhdudiyyətlər var. Bəzi müvafiq qurumlarla bununla bağlı əlaqə qurulub. Oktyabrın sonunda bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Biz bu çətinlikləri aradan qaldırmaq üçün bu tətildən istifadə edəcəyik", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi