Təhsil naziri: "Vahid məktəbli formasına tədricən keçiləcək"

Təhsil naziri: "Vahid məktəbli formasına tədricən keçiləcək" "Məktəbli formalarının olması tənzimləyici qaydadır. Yəni hər bir məktəb özü daxildə bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər".
Elm və təhsil
14 İyun , 2022 11:04
Təhsil naziri: Vahid məktəbli formasına tədricən keçiləcək
Emin Əmrullayev

"Məktəbli formalarının olması tənzimləyici qaydadır. Yəni hər bir məktəb özü daxildə bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, qaydanın məqsədi daha çox məktəbli formaları ilə bağlı qərar verdikdə hansısa seçimə şərait yaratmaqdır: "Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini nəzərə alırıq və bu istiqamətdə addım-addım getmək istəyirik. Şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində istər müəyyən sosial bərabərsizliklərin görülməsinə, istərsə də davranış dəyişikliklərinə təsirini göstərmiş olacaq".

Son xəbərlər

Orphus sistemi