Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 8-də təhsil naziri Mikayıl Cabbarov Saatlı şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
Bu barədə “Report”a Təhsil Nazirliyindən bildirilib.
Qəbula gəlmək istəyən vətəndaşlar 2, 3, 4 və 5 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, qəbul saat 11:00-da başlayacaq.