Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib

Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib Təhsil naziri Emin Əmrullayev avtomobil qəzasında həlak olan Tibb Universitetinin tələbələri ilə bağlı paylaşım edib.
Elm və təhsil
30 Noyabr , 2020 12:16
Təhsil naziri qəzada həlak olan tələbələrin yaxınlarına başsağlığı verib
Emin Əmrullayev
0 : 00
0 : 00

Təhsil naziri Emin Əmrullayev Tibb Universitetinin avtomobil qəzasında ölən tələbələrinin yaxınlarına başsağlığı verib.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!".

Son xəbərlər

Orphus sistemi