Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib "Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir".
Elm və təhsil
6454
5 Oktyabr , 2020 10:55
Təhsil naziri müəllimləri təbrik edib
Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. 

"Report" xəbər verir ki, təbrikdə deyilir:  

"Əziz müəllimlərimiz, 

Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır.

Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də  Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə  yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!

Pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir. Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!

Əziz müəllimlər,

Bu vacib və məsuliyyətli işinizdə  Sizə uğurlar arzulayıram!"

Son xəbərlər

Orphus sistemi