Təhsil naziri dərsliklərlə bağlı yaranmış problemlərdən danışıb

Təhsil naziri dərsliklərlə bağlı yaranmış problemlərdən danışıb "Dərslik Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzudur. Dərsliklərin daha çox zahiri tərəfi müzakirə olunur, ancaq mahiyyəti üzrə müzakirəsi çox azdır".
Elm və təhsil
20 Dekabr , 2021 12:07
Təhsil naziri dərsliklərlə bağlı yaranmış problemlərdən danışıb
Emin Əmrullayev

"Dərslik Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzudur. Dərsliklərin daha çox zahiri tərəfi müzakirə olunur, ancaq mahiyyəti üzrə müzakirəsi çox azdır".

"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

"Dərslikdə hansısa səhifədə hər hansı gülməli şəkil tapıb sosial şəbəkədə müzakirə etməyi yaxşı bacarırıq. Lakin riyaziyyatdan ibtidai sinifdə uşaqlara rəqəmləri və ədədləri nə zaman öyrətməliyik? Ancaq müzakirələr zamanı bununla bağlı fikir mübadiləsi aparılmasının şahidi olmamışam. Halbuki özü-özlüyündə ciddi metodiki sualdır", - o bildirib.

Nazir bildirib ki, bir çox hallarda haqlı müzakirələr də ola bilər: "300-dən artıq dərslik var və on minlərlə səhifədə hərf səhvinin olması qaçılmazdır. Bundan sonra da hərf səhvləri olacaq. Lakin bu, əsas problem deyil. Əsas problem bu və ya digər fənnin tədrisi ilə bağlı tədqiqatların həmin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Ona görə də ehtiyat dərslikləri bu istiqamətdə uğurlu hesab edirəm. Dərsliklər yazılanda bütün mütəxəssislər prosesə cəlb olunub və fərqli dərsliklər yaradılıb. Lakin bu islahatlar yarımçıqdır".

E.Əmrullayev vurğulayıb ki, dərslikdə hər şey qeyd olunsa da, bəzən Azərbaycan müəllimi yenə də öz bildiyini, yaxud özünə rahat bildiyi mövzunu şagirdə keçir: "Ona görə də "Dərsliklərdə nəyi nə qədər dəyişə bilmişik sualı" vacibdir. Bu tip sualların müzakirəsinə ciddi ehtiyac var. Bu sahədə bütün resursları birləşdirib yaxşı və keyfiyyətli dərslik ortaya qoya bilərik. Bu, asan məsələ deyil. Azərbaycan sinfində dərs vaxtı həmin dərslikdə olan məzmunun necə keçilməsi da maraqlı mövzudur. Sinif otağında müəllimin davranışı, münasibəti əsas amildir. Qayda və təlimatlara uyğun tədrisin təşkili vacibdir, bu sahədə hələ görüləsi çox iş var".

Son xəbərlər

Orphus sistemi