Təhsil naziri: “Bütün məktəblərin yuxarı siniflərində təmayülləşmə tətbiq olunacaq”

Təhsil naziri: “Bütün məktəblərin yuxarı siniflərində təmayülləşmə tətbiq olunacaq” “Bu gün ölkədə on minlərlə fiziki qüsurlara malik olan uşaqlar təhsil sistemindən kənarda qalır”
Elm və təhsil
5 May , 2015 11:25
Təhsil naziri: “Bütün məktəblərin yuxarı siniflərində təmayülləşmə tətbiq olunacaq”

Bakı. 5 may. REPORT.AZ/ “Bu ilin sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqini planlaşdırırıq və bu, bütün Azərbaycan məktəblərində tətbiq olunacaq”. “Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan Sarayında ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda proses üzərində hazırlıq işləri gedir: “Hesab edirik ki, bu, bizim istedadlı gənclərin öz həyat yollarını seçərkən onlara daha keyfiyyətli təhsilin çatdırılması üçün zəruri olan amildir. Bundan başqa, Bakı şəhərinin 2 məktəbində ilk dəfə olaraq 2015-ci ilin sentyabrında inklüziv təhsilin tədbiqinə başlanılacaq. Sirr deyil ki, bu gün ölkədə on minlərlə fiziki qüsurlara malik olan uşaqlar təhsil sistemindən kənarda qalır. Bu ildən başlayaraq bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunacaq”.

Nazir, həmçinin əlavə edib ki, bu ildən I siniflərə şagirdlərin məktəblərə qəbulunu elektron qeydiyyat vasitəsilə həyata keçiririk. Bu da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan və gələcək üçün əhəmiyyətli olan layihələrdən biri də xaricdə təhsil proqramıdır. Bu günə qədər 3 184 azərbaycanlı gənc bu proqram hesabına xaricdə təhsil almağa göndərilib”.

Son xəbərlər

Orphus sistemi