"Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük".
"Report" xəbər verir ki, bunu Təhsil naziri
Nazir qeyd edib ki, təhsili yüksək səviyyədə təşkil edə bilməyən məktəblər də var: "Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib. Çünki bu gün məktəb rəhbərlərinin, yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı qanunvericiliyə edilən dəyişiklik nəticəsində son bir neçə il ərzində xeyli artıb".
C.Bayramov bildirib ki, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda onların təhsillərinin növbəti pilləsində seçdikləri ixtisas üzrə ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur".