​Təhsil naziri: "Azərbaycanda uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var"

​Təhsil naziri: "Azərbaycanda uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var" Onun sözlərinə görə, uşaq ədəbiyyatının yaradılması üçün bütün işlər, təşkilati məsələlər həyata keçiriləcək
Elm və təhsil
16 Dekabr , 2014 13:56
​Təhsil naziri: Azərbaycanda uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsi və özünə məxsus yer tutduğuna görə bu prosesdən kənarda qalmır. Odur ki, Azərbaycanın uşaq ədəbiyyatında yeni məzmunlu şeirlərin, hekayələrin, nağılların yaradılmasına ehtiyac var.

“Report” xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

“Düşünmürəm ki, bu gün uşaq ədəbiyyatına maraq yoxdur. Müasir dövrdə yazılan uşaq ədəbiyyatına nəzər saldıqda görərik ki, bu gün tirajlarla satılan, nəşr olunan, hətta filmlər şəklində ekranlara çıxan uşaq ədəbiyyatı əsərlərinin sayı və tirajları artır”, - nazir deyib.

M.Cabbarov bildirib ki, uşaq ədəbiyyatı ilə bağlı yeni məzmunun yaradılması təhsil məmurları, işçiləri tərəfindən həyata keçirilə bilməz: “Nə müəllimdən, nə də məktəb direktorundan dünya səviyyəli uşaq ədəbiyyatı yaratmaq tələb etmək olmaz. Çünki xalqımızın bu sahə üzrə gözəl şairləri, yazıçıları, mütəxəssisləri var".

Nazir vurğulayıb ki, Təhsil Nazirliyi Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edir ki, rəqabətli prinsiplər əsasında uşaq ədəbiyyatında yeni hekayələrin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların yaradılmasına böyük ehtiyac var.

Onun sözlərinə görə, uşaq ədəbiyyatının yaradılması üçün bütün işlər, təşkilati məsələlər həyata keçiriləcək: "Bu məzmunda əsərlərdən müvafiq şəkildə tədris proqramlarında, dərsliklərdə və yaxud dərsdən kənar oxu, mütaliə fəaliyyətində istifadə etmək niyyətindəyik”.

Son xəbərlər

Orphus sistemi