Təhsil naziri 5 rayonun sakinlərini qəbul edəcək

Təhsil naziri 5 rayonun sakinlərini qəbul edəcək Qəbul yanvar ayının 11-də olacaq
Elm və təhsil
108
6 Yanvar , 2016 15:07
Təhsil naziri 5 rayonun sakinlərini qəbul edəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayon sakinləri ilə görüşəcək. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş yanvar ayının 11-də saat 11:00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar yanvarın 6, 7 və 8-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi