Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanda şəhər yerləri üzrə təhsil müəssisələrinin 78 faizi, kənd yerlərində isə 94,8 faizi fərdi istilik sisteminə malikdir. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı aylıq hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, fərdi istilik sisteminə malik təhsil müəssisələrinin qızdırılması üçün şəhər məktəblərinin 61 faizində qazdan, hər biri üzrə 11,3 faiz olmaqla maye və qaz yanacağından istifadə edilir.
Kənd məktəblərinin 53,2 faizi bərk yanacaqdan, 29,6 faizi maye yanacaqdan və 14,9 faizi isə qazdan istifadə edilməklə qızdırılır. Eyni zamanda, fərdi istilik sistemi vasitəsilə qızdırılan təhsil müəssisələrinin 7,6 faizində elektrik qızdırıcılarından istifadə olunur.