Təhsil idarəsi Suraxanı rayonundakı məktəbdə baş verən kütləvi dava ilə bağlı açıqlama verib

Təhsil idarəsi Suraxanı rayonundakı məktəbdə baş verən kütləvi dava ilə bağlı açıqlama verib Davanın səbəbləri barədə araşdırma bitdikdən sonra məlumat veriləcək
Elm və təhsil
18 Fevral , 2016 14:35
Təhsil idarəsi Suraxanı rayonundakı məktəbdə baş verən kütləvi dava ilə bağlı açıqlama verib

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonunda yerləşən məktəbdəki kütləvi dava ilə bağlı açıqlama verib. İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 280 saylı məktəbin 3 şagirdi dalaşıb.

Cavabda qeyd olunub ki, faktla bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və hüquq mühafizə orqanları araşdırma aparır: "Baş verən hadisənin səbəbləri barədə araşdırma bitdikdən sonra məlumat veriləcək".

Qeyd edək ki, dava nəticəsində 11-ci sinif şagirdi Azər Əliyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi