Təhsil İdarəsi mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib

Təhsil İdarəsi mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib “Valideynlər səbrli olmalıdır, çünki bu obyektiv texniki məsələdir”
Elm və təhsil
271
22 Fevral , 2018 12:31
Təhsil İdarəsi mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə uşaqların onlayn qeydiyyatı üçün istifadə olunan mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un soruğusuna cavab olaraq bildirilib ki, hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə, I sinfə uşaqların elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə oluna bilər.

Qeyd olunub ki, minlərlə adam eyni anda sistemə giriş edir: “Ona görə də valideynlər səbrli olmalıdır, çünki bu obyektiv texniki məsələdir”.

Xatırladaq ki, bu gündən paytaxt üzrə məktəblərin I sinfinə uşaqların onlayn qeydiyyatı başlayıb.

Son xəbərlər

Orphus sistemi