Təhsil İdarəsi: I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçənlərin 716 nəfəri 6 yaşı tamam olmayanlardır

Təhsil İdarəsi: I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçənlərin 716 nəfəri 6 yaşı tamam olmayanlardır "Uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur"
Elm və təhsil
14 Mart , 2016 18:56
Təhsil İdarəsi: I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçənlərin 716 nəfəri 6 yaşı tamam olmayanlardır

Bakı. 14 mart. REPORT.AZ/ Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 14 175 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib.

Bu barədə "Report"a Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qeydiyyat başlayandan bu günə kimi 12 737 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 10 447 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2 290 nəfəri isə lisey və gimnaziyaları seçib.

Bu günə olan rəsmi məlumata əsasən, 7 019 nəfər oğlan, 6 327 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 716 nəfəri 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 13 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib.

I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər olub.

Qeyd edək ki, mart ayının 1-dən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə başlanılıb. Uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Son xəbərlər

Orphus sistemi