Tarix Muzeyinin etnoqrafik materialları əsasında sənədli film hazırlanır

Tarix Muzeyinin etnoqrafik materialları əsasında sənədli film hazırlanır Həsir dəzgahı 2012-ci ildə Etnoqrafiya şöbəsi əməkdaşlarının Lənkəran bölgəsinə etnoqrafik səfəri zamanı toplanıb
Elm və təhsil
4 Mart , 2015 17:15
Tarix Muzeyinin etnoqrafik materialları əsasında sənədli film hazırlanır

Bakı. 4 mart. REPORT.AZ/ İctimai Televiziya AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda saxlanılan materiallar əsasında Azərbaycanda həsirçilik sənəti ilə bağlı sənədli film hazırlayır. Bu barədə "Report"a muzeydən məlumat verilib.

Xatırladaq ki, xammal bazası bitkilərdən ibarət olan (lığ və pizə) həsirçilik sənəti qədim toxuculuq sahələrindən biridir. Hazırda Lənkəran-Astara bölgəsi əhalisi arasında qorunub saxlanan həsirçilik sənəti nümunələri vaxtilə məişətdə geniş şəkildə tətbiq olunub. Çəkiliş üçün təqdim olunan materiallar arasında XX əsrin əvvəllərinə aid həsir dəzgahı, müxtəlif ölçü və çeşiddə hazırlanmış həsirlər, təsərrüfat səbətləri, tərəzi, zənbil, məcməyi, papaq və s. məmulatlar yer alıb. Həsir dəzgahı 2012-ci ildə Etnoqrafiya şöbəsi əməkdaşlarının Lənkəran bölgəsinə etnoqrafik səfəri zamanı toplanıb, etnoqraf T.Şiriyev tərəfindən ekspozisiyanın birinci mərtəbəsində qurulub.

Son xəbərlər

Orphus sistemi