AMEA Tarix institutunda əvvəlki tarixi dövrlərdə tarixin nəzəri məsələləri, qədim və orta əsrlər tarixi üzrə, nəinki Azərbaycanda, o cümlədən onun hüdudlarından kənarda yüksək elmi nüfuza malik olan tarixçi və ya tarixçi-şərqşünas alimlər nəsli fəaliyyət göstərib. Təəssüf ki, sonralar nəsillərin əvəz edilməsi kifayət qədər nəzərə alınmayıb. Nəticədə Tarix institutunda bu sahələr üzrə ciddi boşluq yaranıb.
Tarix institutunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu nəzərə alan institut tarixin nəzəriyyəsi, Azərbaycanın Atropatena və Albaniya dövlətləri və orta əsrlər tarixinin bir sıra dövrləri üzrə (VII-IX və XIII-XIV əsrlər) tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət etməyi qərara alıb.
Bunun üçün müraciət edən gənclər magistraturanı bitirməli, seçdiyi problem və dövrlərin qaynaqları üzərində çalışmaq üçün müvafiq dil hazırlığına malik olmalıdır. Sənədlər 2021-ci il aprelin 30-dək təqdim edilə bilər. İşə qəbul institutun mütəxəssislərindən təşkil ediləcək komissiya tərəfindən həyata keçiriləcəkdir.