Tahir Mirkişili: “Sertifikasiya imtahanlarında bütün müəllimlər iştirak etməlidir” 

Tahir Mirkişili: “Sertifikasiya imtahanlarında bütün müəllimlər iştirak etməlidir”  “Müəllimlərin sertifikasiya imtahanlarında təbəqəsindən asılı olmayaraq hər kəs iştirak etməlidir. Sadəcə imtahandan keçə bilməyən həssas təbəqəyə aid olan şəxslərin əmək müqavilələri ləğv edilməməlidir”.
Elm və təhsil
15 Dekabr , 2022 11:02
Tahir Mirkişili: “Sertifikasiya imtahanlarında bütün müəllimlər iştirak etməlidir” 
Tahir Mirkişili

“Müəllimlərin sertifikasiya imtahanlarında təbəqəsindən asılı olmayaraq hər kəs iştirak etməlidir. Sadəcə imtahandan keçə bilməyən həssas təbəqəyə aid olan şəxslərin əmək müqavilələri ləğv edilməməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O söyləyib ki, həssas təbəqəyə aid müəllimlər könüllü olaraq prosesdə iştirak etməlidirlər: “Çünki bir çox müəllimlər var ki, bu işləməkdə maraqlıdır. Bu, bütövlükdə insanın özünü yoxlaması deməkdir. Dünyada çox az ölkə var ki, sertifikasiya əmək haqqına təsir etsin”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev dəfələrlə çıxışında şəhid ailəsi üzvləri, eləcə də sosial həssas təbəqəyə aid müəllimlərin seritifikasiya imtahanlarından azad edilə biləcəyi məsələsindən danışıb.

Son xəbərlər

Orphus sistemi