"Biz bir xalq kimi Türkiyəyə həmişə arxalanırıq. Türkiyəni hər zaman yanımızda hiss etmişik".
"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyənin 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə həmişə qardaş dövlətlər olaraq qalacaq: "Çünki Türkiyə hər zaman - şad günümüzdə də, dar günümüzdə də Azərbaycanımızın yanında olub".
Türkiyənin Milli Uşaq Bayramından danışan F.Qurbanov əlavə edib ki, bu bayram Mustafa Kamal Atatürkdən türk uşaqlarına ən böyük hədiyyədir: "Türkiyənin uşaq bayramı bütün dünyada qeyd olunur. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, uşaqların dəyərini bilək. Çünki uşaqlar bizim gələcəyimizdir. Ümummilli lider