DİM rəsmisi: "Son on ildə vakant dövlət qulluğu vəzifələrini tutanların 80 faizi gənclərdir"

DİM rəsmisi: "Son on ildə vakant dövlət qulluğu vəzifələrini tutanların 80 faizi gənclərdir" "Artıq vətəndaşların dövlət qulluğuna inamı artıb"
Elm və təhsil
9 İyun , 2017 12:05
DİM rəsmisi: Son on ildə vakant dövlət qulluğu vəzifələrini tutanların 80 faizi gənclərdir
Report

Bakı. 9 iyun. REPORT.AZ/ "Biz dövlət qulluğuna qəbul üçün əmək stajına olan tələbləri aradan qaldırmışıq. Bununla gənclərə magistratura və doktorantura təhsilindən sonra dövlət qulluğu vəzifələrini tutmaq imkanı yaradılıb".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, Azərbaycanda son on ildə 6 mindən çox insan vakant dövlət qulluğu vəzifələrini tutub: "Həmin vəzifələri tutan insanların 80 faizindən çoxu gənclərdir".

B.Xəlilov qeyd edib ki, indi vətəndaşların dövlət qulluğuna inamı artıb: "Son 15 ildə dövlət qulluğuna qəbul üçün müasir sistem yaradılıb".

B.Xəlilov əlavə edib ki, dövlət qulluğuna qəbul imtahanlarının ilk mərhələsinin sentyabr ayında keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi