Son 30 ildə universitetlərə ən yüksək müsabiqə vəziyyəti 2008-ci, ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir

Son 30 ildə universitetlərə ən yüksək müsabiqə vəziyyəti 2008-ci, ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir 1992-2022-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2019-cu ilə təsadüf edir.
Elm və təhsil
3 İyul , 2023 17:13
Son 30 ildə universitetlərə ən yüksək müsabiqə vəziyyəti 2008-ci, ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir

1992-2022-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2019-cu ilə təsadüf edir.

“Report” xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.

1992-2022-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 3.06 dəfə, abituriyent ərizələrinin sayı isə 2.27 (subbakalavrlarla birlikdə 2.64) dəfə artıb. İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub.

Abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç da hamısı abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2022-ci ildə, ən az 1993-cü ildə ayrılıb.

Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2019-cu ilə təsadüf edir.

“Qeyd etmək lazımdır ki, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi