Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb

Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb.
Elm və təhsil
5 Dekabr , 2023 11:58
Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb

Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb. Bu dörvr ərzində 275 məktəbin tikintisi və ya əsaslı təmiri aparılıb.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur: “Strategiyada “Təhsil” bölməsinin 9 fəaliyyət istiqaməti üzrə 17 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya 32% çox vəsait nəzərdə tutulub. Bu tədbirlər təhsilin bütün istiqamətlərini əhatə edir. Bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir”.

Ə.Əsədov bildirib ki, hazırda IV Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır: "Ölkədə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə zəruri dəstək artırılacaq".

Son xəbərlər

Orphus sistemi