SOCAR prezidenti: “Gürcüstanda oxuyan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində problem olmayacaq”

SOCAR prezidenti: “Gürcüstanda oxuyan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində problem olmayacaq” “Problemlər öz həllini tapıb və tələbələrin təhsil haqları ödəniləcək”
Elm və təhsil
1598
3 Sentyabr , 2016 15:39
SOCAR prezidenti: “Gürcüstanda oxuyan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində problem olmayacaq”

Marneuli. 3 sentyabr. REPORT.AZ/ “SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsində heç bir problem olmayacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanda Marneuli rayon ictimaiyyəti ilə görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

“Bizdən asılı olmayan və müəyyən səbəblərdən tələbələrin təhsil haqqının ödənişində problemlər yaşanıb. Amma artıq həmin problemlər öz həllini tapıb və tələbələrin təhsil haqları ödəniləcək”, - SOCAR prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi