SOCAR-ın Gürcüstan nümayəndəliyi Marneuli rayonunda daha bir məktəbi əsaslı təmir edəcək

SOCAR-ın Gürcüstan nümayəndəliyi Marneuli rayonunda daha bir məktəbi əsaslı təmir edəcək Məktəb yeni tədris ilində istifadəyə veriləcəK
Elm və təhsil
195
14 May , 2015 03:06
SOCAR-ın Gürcüstan nümayəndəliyi Marneuli rayonunda daha bir məktəbi əsaslı təmir edəcək

Bakı. 14 May. REPORT.AZ/ SOCAR-ın Gürcüstan nümayəndəliyi Marneuli rayonunun Lecbədin kənd orta məktəbini əsaslı təmir edəcək.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məktəbinin direktoru Dursun İsmayılov bildirib ki, hazırda məktəbdə 12 sinif otağı var və 29 müəllim 135 şagirdə elmin sirlərini öyrədir. Lakin sinif otaqlarında və ümumiyyətlə məktəbdə normal şəraitin olmaması bir sıra problemlər yaradır. Bu məktəbin məzunu olmuş və hazırda Gürcüstan parlamentində hakim partiyanı təmsil edən deputat Mahir Dərziyev təhsil ocağının əsaslı təmir olunması ilə bağlı müxtəlif təşkilatlara, o cümlədən də SOCAR-ın Gürcüstan nümayəndəliyinə müraciət edib. Müraciət müsbət dəyərləndirilib. Məktəbin əsaslı təmiri və yenidən qurulması üçün maliyyə yardımı ayırılıb. Artıq məktəbin layihə-smeta sənədləri hazırdır, yaxın günlərdə təmirə başlanılacaq. Yeni tədris ocağında fənn kabinələri, müəllimlər otağı, idman zalı və müasir infrastruktur yaradılacaq. Şagirdlərin informasiya texnologiyalarından normal istifadə etmələri üçün kompyuter otağı da fəaliyyət göstərəcək.

Məktəb yeni tədris ilində istifadəyə veriləcək.

Kənd əhalisi, SOCAR-ın deputat M.Dərziyevin təşəbbüsünü dəstəkləməsini və məktəbin təmirini öz üzərinə götürməsini Azərbaycan dövlət başçısının Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısının təzahürü kimi qiymətləndirir.

Qeyd edək ki, deputat M.Dərziyevin təşəbbüsü ilə üç əsrdən çox yaşı olan Lecbədin kəndinin əsas magistral yolu da əsaslı təmir olunur. Yola yeni asfalt döşənir, kommunikasiya xətləri çəkilir, abadlıq işləri görülür.

Son xəbərlər

Orphus sistemi