Bakı. 9 oktyabr. REPORT.AZ/
Qeyd olunub ki, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə Proqram çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. İclasda Proqram çərçivəsində 8-i magistr, 1-i bakalavr və 1-i uzman olmaqla Böyük Britaniya, Almaniya və Türkiyənin universitetlərində təhsil almış 10 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış edib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılıb, hüquq, risklərin idarə olunması və mühasibat uçotu ixtisasları Proqrama daxil edilməyib. 2016-2017-ci tədris ili ərzində SOCAR-ın Xarici Təqaüd Proqramına müraciət edən gənclər kimya mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi və elektroenergetika mühəndisliyi ixtisasları üzrə təqaüd ala biləcəklər.