Şöbə müdiri: Yazılı müraciətlərin çoxu ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır

Şöbə müdiri: Yazılı müraciətlərin çoxu ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu ilin 6 ayı ərzində daxil olan 6 000-dən çox yazılı müraciətin böyük əksəriyyəti ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti illə bağlıdır.
Elm və təhsil
11 İyul , 2024 16:07
Şöbə müdiri: Yazılı müraciətlərin çoxu ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu ilin 6 ayı ərzində daxil olan 6 000-dən çox yazılı müraciətin böyük əksəriyyəti ləğv olunan Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov quruma təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Eyni zamanda digər universitet və kolleclərlə bağlı da quruma müxtəlif tipli müraciətlər daxil olur. Müraciət edən tələbələrin əksər hissəsi təhsil haqlarının ödənilməsi ilə bağlı yaranan çətinliklərdir. Həmin tələbələrin bəziləri Təhsil Tələbə Krediti Fondu barədə, həmçinin güzəştli kateqoriyaya daxil olmaqları ilə bağlı məlumatlı deyillər. Həmçinin tələbələrin köçürülməsi, bərpa və sair məsələlərlə bağlı da bizə çox böyük sayda müraciətlər var”, - şöbə müdiri əlavə edib.

Son xəbərlər

Orphus sistemi