Sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb

Sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.
Elm və təhsil
30 Aprel , 2018 17:30
Sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür. 

Qeyd edək ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.

Aprelin 1 və 15-də keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını isə (pdf formatında) buradan əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi