Seysmoloji Xidmət Mərkəzi: Bu il Azərbaycanda 25 hiss edilən zəlzələ olub

Seysmoloji Xidmət Mərkəzi: Bu il Azərbaycanda 25 hiss edilən zəlzələ olub Vüsalə Rafiqqızı: "2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb"
Elm və təhsil
4 Dekabr , 2017 13:09
Seysmoloji Xidmət Mərkəzi: Bu il Azərbaycanda 25 hiss edilən zəlzələ olub

Bakı. 4 dekabr. REPORT.AZ/ "2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

"Bunlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. Beş mindən çoxu isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Bu il respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - mərkəz rəsmisi bildirib.

V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: "Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır".

Son xəbərlər

Orphus sistemi