Seysmoloji Mərkəz: Bu il Azərbaycan ərazisində 3346 zəlzələ olub

Seysmoloji Mərkəz: Bu il Azərbaycan ərazisində 3346 zəlzələ olub Bakı. 4 dekabr. REPORT.AZ/ Bu il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.
Elm və təhsil
4 Dekabr , 2018 15:11
Seysmoloji Mərkəz: Bu il Azərbaycan ərazisində 3346 zəlzələ olub

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb. 

"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında bildirilib.

Onlardan 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir. Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub. Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub. 

Hesabatlarda həmçinin il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi