“Yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 nəfər idi, təhsil işçiləri arasında 5 nəfər idi”.
“Report” xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.
Nazir müşaviri qeyd edib ki, sentyabrın 15-dən bu günə qədər şagirdlər arasında 14 758 nəfər koronavirusa yoluxub:
“Təhsil işçiləri arasında yoluxma sayı 7 090 olub. I-IV siniflərin arasında yoluxan şagirdlərin sayı 2 246 idi. Bu da ümumi virusa yoluxan şagirdlərin cəmi 15 %-dir. V-IX siniflərdə 4 411, X-XI sinif üzrə isə 7525 olub. Bu da ümumi şagirdlərin 51 %-di”.
R.Ağayev bildirib ki, bu gün 50 214 nəfər 50 yaşdan yuxarı müəllim heyətimiz var, onların da peyvənd olunması həyata keçiriləcək. "7 090 nəfər koronavirusa yoluxan təhsil işçilərinin peyvənd olunması birinci mərhələdə mümkün olmayacaq".