Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır

Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır Sənədlərin qəbulu 2016-ci il yanvar ayından başlayacaq
Elm və təhsil
108
19 Dekabr , 2015 13:05
Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası müqavilə əsasında vakant yerlər üzrə işə qəbul elan edib.

Bu barədə "Report"a institutdan məlumat verilib.

İnstituta teleskoplara və digər optik cihazlara xidmətləri yerinə yetirə biləcək texniki bilik səviyyəsinə malik və kompüterdə iş bacarığı olan mühəndislər tələb olunur.

Eyni zamanda, yeni yaradılacaq "Elmin təşkili və təbliğatı" şöbəsinə menecerlik və turizm işləri sahəsinə təcrübəsi olan gənclər də axtarılır.

Sənədlərin qəbulu 2016-ci il yanvar ayından başlayacaq.