Şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn ilin yayına qədər geyinə bilərlər

Şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn ilin yayına qədər geyinə bilərlər Azərbaycanda şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn tədris ilinin sonunadək (15 iyun 2023-cü il) geyinə bilərlər
Elm və təhsil
18 Mart , 2022 12:25
Şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn ilin yayına qədər geyinə bilərlər

Azərbaycanda şagirdlər hazırda istifadədə olan geyim formalarını gələn tədris ilinin sonunadək (15 iyun 2023-cü il) geyinə bilərlər.

"Report"un xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə bildirilib ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Son xəbərlər

Orphus sistemi