Şagirdinin saçını yolduğu iddia olunan müəllimlə bağlı araşdırma aparılır - FOTO

Şagirdinin saçını yolduğu iddia olunan müəllimlə bağlı araşdırma aparılır - FOTO Məktəbə dermatoloq həkim də dəvət edilib
Elm və təhsil
9 Yanvar , 2015 11:29
Şagirdinin saçını yolduğu iddia olunan müəllimlə bağlı araşdırma aparılır - FOTO

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Daxili Nəzarət Sektorunun əməkdaşları müəllimin azyaşlı məktəbli qızın saçını yolması ilə bağlı məsələni araşdırmaq üçün 53 saylı orta məktəbdə araşdırma aparır.

Bu barədə "Report"a idarədən məlumat verilib.

BŞTİ-dən bildirilib ki, araşdırma prosesində 53 saylı məktəbin direktoru, azyaşlı uşağın saçını yolduğu deyilən müəllimə, şagird və onun valideynləri iştirak edir. Bununla yanaşı, məktəbə dermatoloq həkim də dəvət edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva I sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq tətbiq etdiyi iddia olunub. Məlumata görə, buna səbəb isə şagirdinin yazını yaxşı yazmamağı olub.

Son xəbərlər

Orphus sistemi