"SABAH" xaricdə təhsil sərgisi keçirilib

"SABAH" xaricdə təhsil sərgisi keçirilib
Elm və təhsil
23 Noyabr , 2017 12:37
SABAH xaricdə təhsil sərgisi keçirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçirilib.

"Report" xəbər verir ki, sərgi iştirakçıları ondan artıq ölkənin yüzdən çox universitetində bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.

Sərgidə ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak ediblər.

Sərgidə paralel olaraq gün ərzində İsveçrədə turizm təhsili, Almaniyada inkişaf imtahanları, Polşada təhsil mövzularında xarici mütəxəssislər tərəfindən seminarlar keçirilib.