Bakı. 21 sentyabr. REPORT.AZ/ “Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə ali məktəblərin “Sabah” qruplarının tələbələrinin akademiyada təcrübə keçmələri ilə bağlı müraciət edib”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akif Əlizadə deyib.
O bildirib ki, Azərbaycan ali məktəblərinin “Sabah” qruplarının tələbələrinə akademiyanın institut və müəssisələrində təcrübə keçmək imkanı yaradılacaq: “Təhsil nazirinin bu təşəbbüsünün reallaşdırılması üçün sərəncam hazırlanır”.