“SABAH” qruplarının 340 tələbəsi AMEA-da təcrübə keçəcək

“SABAH” qruplarının 340 tələbəsi AMEA-da təcrübə keçəcək Təcrübə yay ayları istisna olmaqla bütün tədris ili ərzində həyata keçiriləcək
Elm və təhsil
12 Oktyabr , 2016 17:34
“SABAH” qruplarının 340 tələbəsi AMEA-da təcrübə keçəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ “SABAH” (Savadlı, Bacarıqlı və Hazırlıqlı) qruplarının 340 tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təcrübə keçəcək”.

“Report” xəbər verir ki, bunu AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclasında Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi Akademiyaya “SABAH” qruplarının təcrübəsinin təşkili ilə bağlı müraciət edib: “Bu müraciət Akademiya tərəfindən müsbət qarşılanıb. “SABAH” qruplarında 1 600 tələbə təhsil alsa da, Akademiyanın institutları bu tələbələrin ancaq 340 nəfərinin təcrübəsini təşkil edə bilər”.

Ə.Sadıqov bildirib ki, təcrübə sərbəst formada həyata keçiriləcək: “Tələbələr öz qrafiklərinə uyğun olaraq təcrübə saatlarını qura bilərlər. Təcrübə yay ayları istisna olmaqla bütün tədris ili ərzində həyata keçiriləcək”.

İdarə rəisi qeyd edib ki, AMEA-nın işçi heyəti “SABAH” qruplarının tələbələrinə təmənnasız, ödənişsiz dərs deyəcək.

Son xəbərlər

Orphus sistemi