SABAH qruplarında təhsil alan tələbələrin sayı açıqlanıb

SABAH qruplarında təhsil alan tələbələrin sayı açıqlanıb Baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb
Elm və təhsil
124
11 Sentyabr , 2015 14:05
SABAH qruplarında təhsil alan tələbələrin sayı açıqlanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ SABAH qruplarında təhsil alan tələbələrin sayı açıqlanıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 1636 nəfərə çatıb.

Məlumata görə, SABAH qruplarına 2015/2016-cı tədris ili üçün aparılan qəbul nəticəsində 881 tələbə qəbul olunub və bununla SABAH tələbələrinin ümümi sayı 1636 nəfər olub.

2014/2015-ci tədris ili ilə müqayisədə Mədəniyyət və incəsənət ixtisas qrupunun da əlavə olunması ilə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb.

Yeni tədris ili üçün yenilənən SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılıb. Ötən tədris ilində olduğu kimi yeni tədris ilində də bütün SABAH tələbələri üçün təlimlərin keçirilməsi, yerli və xarici qonaq mühazirəçilərin dəvəti nəzərdə tutulub.

Həmçinin "ADA" Universiteti və Sorbon Abu-Dabi Universitetinin dəstək və əməkdaşlığı ilə SABAH qruplarında tədris aparan müəllimlər üçün müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.