SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır

SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır.
Elm və təhsil
6 İyun , 2024 10:01
SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır

SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bakalavrlar müvafiq ixtisaslaşmaları seçmək üçün iyunun 14-ü saat 12:00-dək ali təhsil müəssisələrində yaradılan komissiyada müsahibədən keçməlidirlər. Bununla bağlı qeydiyyat isə DİM-in internet səhifəsində aparılır. Bakalavrlar qeydiyyatdan keçdikdən sonra ali təhsil müəssisələrinin təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün həmin universitetlərin nümayəndələri bakalavrların imtahana qatılmaq üçün ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng edəcək.

Vurğulanıb ki, müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı, SABAH qruplarına aid də müvafiq ixtisaslaşmaları seçmək imkanı veriləcək.

Xatırladaq ki, bakalavrlar SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq üçün DİM-in elan etdiyi müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.

Son xəbərlər

Orphus sistemi