SABAH qruplarına tələbə qəbulu başlayır

SABAH qruplarına tələbə qəbulu başlayır Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu açıq elan olunur.
Elm və təhsil
7 Aprel , 2022 11:59
SABAH qruplarına tələbə qəbulu başlayır

Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu açıq elan olunur.

Nazirlikdən "Report"a bildirilib ki ,Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Qeyd edək ki, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.

Müsabiqə barədə daha ətraflı məlumatla burdan olaraq tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi